KİV: ABŞ-ın Enerji naziri istefa verəcək

  • 04 Oktyabr 2019

ABŞ-ın Enerji naziri Rik Perri noyabr ayının sonunadək istefa verəcək.

Chip.az apa.az-a istinad edərək xəbər verir ki, bu barədə "Politico" saytı xəbər yayıb. 

R. Perrinin istefasından sonra bu posta Enerji nazirinin müavini Dan Bruillettenin gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, R. Perri 2017-ci ilədək Texasın qubernatoru olub və daha sonra o, Prezident Donald Trampın administrasiyasına qoşulub. O, administrasiyada adı mübahisəli məsələlərdə hallanmayan nazirlərdən olsa da, son zamanlar Ukraynaya etdiyi səfərlər R. Perrinin adını Konqresdə Trampa qarşı başladılan impiçment müzakirələrinin gündəminə gətirib. Lakin bildirilib ki, R. Perri bu qərarı bir neçə ay öncədən verib və bunun Ukrayna məsələsi ilə heç bir əlaqəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır