ASAN xidmətdə 33 milyonuncu müraciət qeydə alınıb

  • 04 Oktyabr 2019

“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Chip.az bildirir ki, müraciət 2 saylı Bakı ASAN xidmət mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır