İki ekranla təchiz edilmiş smartfon təqdim olunub

  • 03 Oktyabr 2019

“Microsoft” korporasiyası qatlanan iki ekranla təchiz edilmiş “Surface Duo” adlı yeni smartfonunu nümayiş etdirib.

Chip.az İct.az-a istinadən bildirilir ki, açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır. Smartfon mövcud formaya uyğunlaşan “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.

“Microsoft Surface Duo” modeli birkristallı “Snapdragon 855” sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə hələ ki, məlumat verilmir. Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır