Microsoft, qatlana bilən Surface Duo-nu təqdim etdi

  • 03 Oktyabr 2019

Microsoft, dünənki tədbirdə ikili ekranlı bir planşet, Surface Neo-nu təqdim etdi, amma texnologiya nəhəngi, bununla kifayətlənməyərək başqa bir bomba partlatdı. 

Chip.az xəbər verir ki, Microsoft, Nyu Yorkdakı tədbirində gözlənilməz bir cihaz təqidim etdi. Microsoft, yığıla bilən telefon sənayesinə qədəm qoyaraq bazarda öz yerini tutmağa qərarlı görünür.

Microsoft, cihazına 'Android-in ən yaxşısını' gətirəbilmək üçün Google ile ortaq işləyir.

Şirkət ilk dəfə Surface Duo haqqında açıqlama verdiyi üçün çox məlumatımız yoxdur. Cihazın Snapdragon 855 ilə təchiz ediləcəyi deyilir. Ekran ölçüsü 5.6 düym olan Surface Duo ekranı isə tamamilə şüşədən hazırlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır