2.3 milyonluq Lamborghini yarı qiymətə hərraca çıxarıldı - FOTO

  • 02 Oktyabr 2019

İstanbulda borclarını ödəyə bilməyən şəxsin 2 milyon 350 min lirəlik avtomobili məhkəmə qərarı ilə əlindən alınıb.

Chip.az Avtosfer.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə müsadirə olunan 34 BY 7113 nömrə nişanlı 2014-cü il “Lamborghini” 724 tipli qara rəngli coupe yarı qiymətinə 1 milyon 175 min lirəyə hərraca çıxarılacaq.

Oktyabrın 2-də saat 15.00-da baş tutacaq tenderdə, avtomobil 610 at gücündə, mühərrik həcmi 5204 və yaxşı vəziyyətdə olması ilə diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır