E-demokratiya və e-dövlət üzrə VII beynəlxalq konfrans keçiriləcək

  • 02 Oktyabr 2019

22-24 aprel 2020-ci il tarixlərdə Argentinanın Buenos-Ayres şəhərində E-demokratiya və e-dövlət üzrə VII beynəlxalq konfrans (7th International Conference on eDemocracy & eGovernment, ICEDEG 2020) keçiriləcək.

Chip.az Xeberler.az-a istinadən bildirir ki, tədbir getdikcə daha da böyüyən e-demokratiya və e-dövlət sahələrində tədqiqat və texnologiyanın inkişafı üçün forumdur. Konfransda “e-dövlət”, “e-demokratiya”, “e-iştirak”, “e-cəmiyyət”, “e-səhiyyə” və “e-idarəetmə”nin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılacaq.

Konfransa məqalələr 31 oktyabr 2019-cu il tarixinədək qəbul edilir.

Qeyd edək ki, ICEDEG konfransının materialları “IEEE Xplore”, “Computer Society”, “Elsevier” və “Web of Science” tərəfindən indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır