Huawei Mate 30 ilk həftədə 1 milyon satıldı

  • 02 Oktyabr 2019

Huawei, Google Play Xidmətləri olmayan Mate 30 və Mate 30 Pro modellərinin çox qısa müddətdə 1 milyondan çox satıldığını açıqladı. Satışlar şirkətin gözləntilərinə cavab vermiş kimi görünür.

Chip.az xəbər verir ki, Çin texnoloji şirkəti Huawei, 1 milyondan çox Mate 30 və Mate 30 Pro satdığını açıqlayıb. Sentyabrın 26-da hər iki telefonun yalnız Çində mövcud olduğunu düşündükdə, bu inanılmaz satış rəqəmidir. Rəqəmlər düzgündürsə bu, şirkətin bir həftədən az bir müddətdə 1 milyon mərhələyə çatması deməkdir.

Mate 30 seriyasının bu satış rəqəmlərinə çatması daha qısa idi. Bir neçə gün əvvəl Shenzhendə yüksək səviyyəli Huawei mağazasını açan şirkətin baş direktoru Richard Yu, Huawei Mate 30 seriyası dəqiqədə 100.000 sifariş aldığını söylədi. Mate 30 seriyası 3 saatdan az bir müddətdə 1 milyon satış rəqəminə çatdı. Şirkətin əsas məqsədi 20 milyon satış reallaşdırmaqdır.

Satış hesabatlarına görə, yaşıl Huawei Mate 30 Pro ən çox satılan modeldir. Bu təsirli satış rəqəmləri yaxın günlərdə Avropada telefonların tətbiqi ilə artacaq. Google Play Xidmətlərindən yararlana bilməyən Mate 30 ailəsinin Çin bazarındakı kimi Avropa bazarında müvəffəq olub-olmayacağını görəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır