Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

  • 01 Oktyabr 2019

Azərbaycanın milli domen zonasında (".az") 33 333 internet resursu qeydə alınıb.

Chip.az-ın WHOIS portalına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında ".az" domenində qeydiyyatdan keçən saytların sayı 6,8% artıb. Qeydə alınan saytların ümumi sayının 31 083-ü birinci səviyyəli domen zonasına aiddir ki, bu da cari ilin əvvəlində olan göstəricini 14,6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 268 sayt qeydiyyatdan keçib. Bu göstərici ilin əvvəlindən 8,7% artıb.

Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 439 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlində olan göstəricini 19,6% üstələyir.

Digər domen zonalarında qeydiyyatdan keçən saytları sırasında isə pro.az, name.az ,biz.az, pp.az, int.az, net.az, info.az, co.az, org.az yer alır

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır