Streslə mübarizə aparmaq üçün başı olmayan robot-pişik hazırlanıb

  • 01 Oktyabr 2019

Əsas məqsədi streslə mübarizədə insanlara kömək etmək olan yeni qurğu Berlində keçirilən “IFA-2019” sərgisində təqdim olunub.

Chip.az İct.az-a istinadən xəbər verir ki, başsız robot-pişik həqiqi heyvanlar kimi quyruğunu yellədə bilir. “Qoobo” adlandırılan qurğunun effektivliyini bir neçə psixoloji testi ilə sübut ediblər.

“Pişik” insanlar tərəfindən sığallandığı zaman o tərpənməyə və quyruğunu yellətməyə başlayır. Qadcetin effektivliyi bir neçə könüllü tərəfindən qiymətləndirilib. Şirkətin mütəxəssisləri könüllülərin stress səviyyəsini müəyyən edərək onlara robot-pişiyi sığallamağa imkan veriblər. Daha sonra könüllülər arasında sorğu keçirilib.

Tədqiqat göstərib ki, “pişik” insanda apatiya, yorğunluq səviyyəsini azaltmaqla yanaşı, stressi aradan qaldırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir.

Qeyd edək ki, artıq 10 mindən çox robot-pişik satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır