DİM-in internet resursları istifadəçi sayına görə birincidir

  • 01 Oktyabr 2019

Dövlət İmtahan Mərkəzinin internet resursları ən çox istifadəçi müraciətləri qeydə alınan saytlar siyahısında birincidir

Chip.az bildirir ki, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarından istifadə üzrə 2019-cu ilin üçüncü rübünün statistikasını açıqlayıb.

2019-cu ilin 3-cü rübü üzrə dövlət orqanlarının və digər qurumların rəsmi internet resurslarından istifadəçilərin sayına görə Dövlət İmtahan Mərkəzinə məxsus internet domenləri (tqdk.gov.az və dim.gov.az) ilk sıralarda qərarlaşıb. Belə ki, tqdk.gov.az domeni həm toplam, həm də unikal giriş sayına görə 1-ci yerdədir. Dim.gov.az domeni isə unikal giriş sayına görə “tqdk.gov.az”dan sonra ikinci, toplam giriş sayına görə 3-cü pillədə qərarlaşıb.

Ümumi siyahı ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır