Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

  • 30 Sentyabr 2019

Çinin milli neft-qaz korporasiyası CNPC-nin törəməsi olan enerji nəhəngi "PetroChina" şirkəti ölkənin şimal-qərbindəki Ordos hövzəsində 1 milyard tondan çox ehtiyatı olan böyük neft yatağı kəşf edib.

Chip.az Report-a istinadən xəbər verir ki, Yataq Qansu vilayətinin Tsinyan şəhər dairəsinin Tsinçen mahalında aşkar edilib. Sübut olunmuş neft ehtiyatları 358 milyon tona çatır, ehtimal olunan ehtiyat isə 693 milyon ton olaraq qiymətləndirilir.

Bu il yataqdan, təxminən, 640 min ton neft hasil ediləcəyi, yaxın gələcəkdə isə illik hasilatın 3 milyon tona çatdırılacağı gözlənilir.

Bundan əlavə, şirkət Siçuan neft-qaz hövzəsində şist qaz yatağının kəşf edildiyini də açıqlayıb. Çannin və Veyyuan mahallarında 740,9 milyard kubmetr şist qazının geoloji ehtiyatları aşkar edilib. Şirkət bu il 7,7 milyard kubmetr şist qazı hasil etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır