Sükan arxasında yuxulamağa imkan verməyən proqram hazırlanıb

  • 30 Sentyabr 2019

Məlumdur ki, uzun müddət sükan arxasında vaxt keçirən sürücülər üçün yaranan yorğunluq zamanı qısa müddətli yuxu olduqca təhlükəlidir. Rusiyalı alimlər sükan arxasında yatmamağa kömək edən və təhlükə haqqında xəbərdarlıq edən xüsusi tətbiq hazırlayıblar.

“Drive Safely” tətbiqi sürücüdə yuxululuq əlamətləri və diqqət azalmalarını təyin edən tam sistemdir. O, yoldakı, eləcə də istifadəçinin vəziyyətinə əsaslanaraq fokuslanmağa kömək edir və daim məsləhətlər verir.

Chip.az İct.az saytına istinadən xəbər verir ki, istifadədən öncə smartfon tətbiqi avtomobilin ön şüşəsinə quraşdırılır. “Drive Safely” sistemi “Yandeks Xəritə" və ya “Google Xəritə” kimi naviqatorlarla paralel işləyir və mesaj və ya zənglərin qəbuluna mane olmur.

“Drive Safely” ön kamerasından istifadə edərək başın vəziyyətini və sürücünün gözlərinin açıqlıq dərəcəsini qiymətləndirir. Təhlükəli əlamətlərin aşkar edilməsi zamanı proqram  sürücünü bu barədə xəbərdar etməyə başlayır.

İstehsalçıların sözlərinə görə, hazırda oxşar sistem xüsusi infraqırmızı kamera üçün “Yandeks” şirkətində işlənilir. Heç bir əlavə cihazın maşına quraşdırılmasını tələb etməyən və bu gün hər kəsin sahib olduğu smartfonlardan istifadə proqramın fərqli xüsusiyyətlərindən biridir.

Bundan əlavə, manevr edən zaman “Drive Safely” yana baxmaq ehtiyacı haqqında istifadəçiyə xəbərdarlıq edir, avtomobilin sürəti və istiqamətini təhlil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır