Azərbaycanda uşaq verilişlərində reklama dair məhdudiyyət qoyulur

  • 30 Sentyabr 2019

Uşaqlar üçün kino və video xidmətlərinin göstərilməsi zamanı yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olacaq.

Chip.az xəbər verir ki, bununla bağlı “Reklam haqqında” qanuna əlavə təklif olunur.

Təkliflə qanuna yeni 12.3 və 12.4-cü bəndlər əlavə edilir.

Yeni 12.3-cü bəndə görə, uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.

12.4-cü bənddə isə qeyd edilib ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarında ( telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.

Layihə Milli Məclisin sentyabrın 30-da keçirilənilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır