Miqrasiya könüllüləri Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində olublar

  • 30 Sentyabr 2019

Miqrasiya könüllüləri Bakı Nəqliyyat Agentliyinin dəvəti ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində olublar.

Chip.az Azərtac-a istinad edərək bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev mərkəzdə yaradılmış şərait barədə könüllülərə məlumat verib, onların suallarını cavablandırıb. Bildirib ki, mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edə bilər.

Sonda könüllülərə xatirə hədiyyələri təqdim olunub.

Ekskursiyada bir sıra dövlət orqanlarının mətbuat katibləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər