Çinin telekommunikasiya şirkəti Huawei-nin bu il (19 sentyabr tarixində) təqdim etdiyi Mate 30 və Mate 30 Pro smartfonları hər zaman olduğu kimi böyük maraqla qarşılandı.
Chip.az xəbər verir ki, Çində Mate seriyasının satışı ilk üç saatda 1 milyon ədədi ötüb. Qeyd edək ki, şirkət sözügedən smartfonların qiymətində endirimlər etdiyini də bildirmişdi.