I Beynəlxalq ''Hədəfdə STEM'' konfransı keçirilib

  • 30 Sentyabr 2019

 I Beynəlxalq “Hədəfdə STEM” konfransı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda və Hədəf liseyinin təşkilatçılığı ilə keçirilən bu təlim konfransında məqsəd Azərbaycanın təhsil müəssisələrində STEM yanaşmasını yaymaq səylərinə dəstək verməkdir.

Müasir dövrdə təhsil sahəsində ən çox tətbiq edilən yanaşmalardan biri olan STEM, adından da göründüyü kimi elm və texnologiya, mühəndislik və riyazi biliklər sahəsində mütəxəssislər yetişdirmək üçün fənlərin inteqrasiyası və konstruktiv təhsil nəzəriyyəsinə əsaslanaraq şagirdlərin bu sahələrə marağını artırmaq və həvəsləndirməkdir.

28-29 sentyabr 2019-cu il tarixində keçirilən bu konfransın məruzəçi-treynerləri Britaniyanın UKSTEM təlim mərkəzi, Türkiyənin TEKNOKENT texnologiya mərkəzi, Almaniyanın Fischertechnik şirkətinin və Hədəf STEM Liseyinin mütəxəssisləridir.

Konfransda 80 gənc müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinin pedaqoji fakültələrinin tələbələrinə iki günlük təlimlər keçirilərək onlara beynəlxalq sertifikarlar verilib.

CHİP.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır