Samsung, Galaxy A70s modelini təqdim edib və bu gübdən etibarən Hindistanda satışa çıxarılacaq.
Chip.az xəbər verir ki, 6,7 düymlük Super AMOLED FHD + displeyi olan Galaxy A70s Snapdragon 675 çipi və üstəgəl 6 ilə 8 GB RAM, həmçinin 128 GB RAM operativ yaddaşa sahibdir.
Samsung Galaxy A70s 64 MP kameraya malikdir. Bundan əlavə, 8 MP 123 dərəcə ultra geniş obyektli kamera, 5 MP canlı fokus linzasına sahibdir. Bu kameralar 4K Ultra HD keyfiyyətli video çəkməyə imkan verir. Güclü bir gecə rejiminə sahib olan, Samsung Galaxy A70s gecə saatlarında çox keyfiyyətli şəkillər çəkəcəyini iddia edir.

Bundan əlavə, telefon 4500 mAh batareya tutumuna malikdir. Cihaz, həmçinin 25 Vt super sürətli şarjı dəstəkləyir. Galaxy A70s səs keyfiyyətini yaxşılaşdırmaq üçün süni intellekt və Dolby Atmos dəstəyi ilə "Oyun Booster" -ə malikdir.
Samsung Galaxy A70s Texniki özəllikləri
Ekran: 6,7 düym Super AMOLED FHD +
RAM: 6, 8 GB
Saxlama sahəsi: 128 GB
Arxa kamera : 64 MP əsas kamera, 8 MP 123 dərəcə ultra geniş bucaqlı kamera, 5 MP canlı fokus
Ön kameranın : 32 MP selfie kamera
Batareya: 4500 mAh
25W super sürətli şarj dəstəyi
Ekranda barmaq izi oxuyucu
Qiymət: 6 GB RAM versiyası: 411 dollar, 8 GB RAM versiyası 440 dollar