Dünyanın bir sıra ölkələrində "Twitter" mikrobloq xidmətinin işində fasilələr yaranıb.
Chip.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayımlayıb.
Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar ən çox ABŞ, Yaponiya və Böyük Britaniyada müşahidə olunub. Çox sayda şikayət, xüsusilə BMT Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkdan gəlib.
Qeyd edək ki, sosial şəbəkənin işində problemlər şənbə gününə keçən gecə başlayıb və bir sıra ölkələrdə müşahidə edilir. Problemdən daha çox Yaponiya, ABŞ, Böyük Britaniya sakinləri şikayətləniblər. İstifadəçilərin 53%-i “Twitter”in işindəki problemlər barədə məlumat verib.