Azərbaycan Doing Business 2020 reytinqində ilk iyirmiliyə daxil olub

  • 27 Sentyabr 2019

Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alıb.

Chip.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda dörd sahədə bizneslə məşğul olmaq daha da asanlaşıb: daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı:

“Daşınmaz əmlakın qeydiyyatı prosesi rəsmi xəritənin tərtib olunması və Bakıda hər bir özəl torpaq sahəsinin qeydiyyatı, mövcud sənədləşmənin təkmilləşməsi və daşınmaz əmlak sahəsində prosedurların sürətləndirilməsi nəticəsində sürətlənib.

Minoritar investorların müdafiəsi tərəflər arasında bağlanmış əlverişsiz sazişlərə görə məsuliyyətin direktorların üzərinə qoyulmasından sonra möhkəmlənib”.

Analitiklərin fikrincə, indi kommersiya mübahisələri yarandıqda tərəflər məhkəməyə müraciəti onlayn doldura bilir və vasitəçilik fəaliyyətinin icra olunmasına görə maliyyə stimulları ala bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır