Alimlər həkim və kompüteri müqayisə ediblər

  • 27 Sentyabr 2019

Süni intellektlə bağlı tədqiqatların ilk sistematik icmalına istinadən, süni intellekt diaqnostika və diaqnostik vizualizasiya nəticələrinin interpretasiyası sahəsində dəqiqlik üzrə həkimlərdən heç də geri qalmır. Ekspertlər bunu nəzərə alaraq bildirirlər ki, gələcəkdə kompüterlər həkimləri birmənalı şəkildə sıxışdıracaq.

Chip.az İct.az saytına istinadən xəbər verir ki, mütəxəssislər diaqnostika sahəsində süni intellektdən istifadənin potensialının hələ sonadək öyrənilmədiyini də etiraf edirlər. İndiyədək süni intellekt və həkimlərin imkanlarının birbaşa müqayisəli tədqiqatları cəmi bir neçə dəfə aparılıb. Doğrudur, 69 tematik tədqiqatın analizinə əsaslanaraq demək olar ki, süni intellekt real həkimlərin göstəriciləri ilə müqayisə edilə bilən dəqiqliklə ən müxtəlif xəstəlikləri müəyyənləşdirə bilir.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda tamamilə süni intellekt tərəfindən yaradılmış ilk vaksin təqdim olunub. Tezliklə kliniki sınaqları keçiriləcək qrip əleyhinə yüksək effektivliyə malik vaksini liqandların axtarışı alqoritmi kimi tanınan proqram yaradıb.

Bütün bunlar ekspertlərin proqnozlarının reallığa çevriləcəyinə inanmağa əsas verir. Lakin hələ süni intellektin həkimləri əvəz etməsindən söhbət gedə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır