Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

  • 27 Sentyabr 2019

Bu ay BMT-nin İnkişaf Proqramı və Astana Dövlət Qulluğu Mərkəzi tərəfindən çap edilmiş “Ağıllı Hökumət – Azərbaycan təcrübəsi” nəşrinin təqdimatı həyata keçirilib.

2019-cu ilin sentyabr ayında BMT-nin İnkişaf Proqramı və Astana Dövlət Qulluğu Mərkəzi tərəfindən çap edilmiş “Ağıllı Hökumət – Azərbaycan təcrübəsi” adlı nəşrin təqdimatı həyata keçirilib. Nəşrdə elektron hökumətin inkişafı və rəqəmsallaşdırma sahəsindəki mövcud tendensiyalar, Azərbaycanda rəqəmsal hökumət quruculuğu istiqamətində görülən işlər qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş yönümlü və data əsaslı dövlət idarəetməsinə, proqnozlaşdırılan hökumət konseptinə əsaslanaraq hazırlanmış ağıllı elektron həllərə dair məlumatlar diqqətə çatdırılıb.

Nəşr BMT-nin İnkişaf Proqramı və Astana Dövlət Qulluğu Mərkəzi tərəfindən dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilən “Qarşılıqlı təcrübə mübadiləsi Alyansı” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan təcrübəsinin tanıdılması məqsədilə sözügedən nəşr BMT-nin İnkişaf Proqramına üzv dövlətlərin hər birinə paylanılacaq. Bununla yanaşı nəşrin növbəti illərdə rəqəmsal hökumət quruculuğu istiqamətində keçiriləcək beynəlxalq tədbirlərdə iştirakçı dövlətlərə tövsiyə edilməsi nəzərdə tutulur.

Sözügedən nəşr Astana Dövlət Qulluğu üzrə Regional Xabın rəhbər komitəsinin sədri Alixan Baymenov tərəfindən Dövlət Agentliyinin nümayəndəsinə təqdim olunub.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır