Bəzi saytlara qoyulan blok ləğv edilib

  • 27 Sentyabr 2019

Ali Məhkəmə bəzi saytlara blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib.

Chip.az bildirir ki, Səbail Rayon Məhkəməsi 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu"nun, "Azərbaycan Saatı" proqramı və "Turan TV"-nin, eləcə də "Meydan" TV-nin saytının bloklanmasına qərar vermişdi.

Bu iddia ilə məhkəməyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müraciət etmişdi.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti rədd etmiş, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.

Sentyabrın 10-da Ali Məhkəmə kassasiya şikayətinə şikayətçinin nümayəndəsi olmadan baxıb. Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Saytın bloklanması ilə bağlı qərara Apellyasiya Məhkəməsi yenidən baxacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır