İstanbulda baş verən zəlzələdə Azərcell-dən dəstək

  • 27 Sentyabr 2019

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom" şirkəti Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə əlaqədar hazırda bu ölkədə səfərdə olan abunəçilərinin nömrələrinə 400 MB internet paketi yükləyib.

Chip.az APA-ya istinadən xəbər verir ki, Türkiyədə səfərdə olan abunəçilərin nömrələrinə internet paketlərinin yüklənməsi İstanbul şəhərində qeydə alınan yeraltı təkanlarla əlaqədar olaraq, ailələri və yaxınları ilə kəsintisiz əlaqəni təmin etmək məqsədi daşıyır.

"Təcili hallarda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə müraciət etməyiniz xahiş olunur”, - deyə “Azercell” dən bildirilib.

Qeyd edək ki, ötən gün İstanbulda zəlzələ baş verib. Avropa Ağdəniz Seysmoloji Mərkəzi zəlzələnin 5,9 bal gücündə, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) 5,8, Qəndil Rəsədxanası isə 5,7 bal gücündə olduğunu açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır