Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların həyat tərzi GPS üsulu ilə öyrəniləcək

  • 27 Sentyabr 2019

AMEA-nın Zoologiya İnstitutuna "Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması" mövzusunda əsərə görə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.

Chip.az xəbər bildirir ki, institutun əməkdaşları tərəfindən quşları öyrənmək və yerlərini dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltaların yerləşdirilməsi təklif olunur.

Beləliklə, müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək və tədbirlər planı hazırlamaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır