OnePlus TV Netflix dəstəyini alacaq

  • 27 Sentyabr 2019

OnePlus TV-nin Hindistanda istifadəyə verilməsi mübahisə doğurdu: Televiziyada Netflix dəstəyi yox idi. Netflix-i dəstəkləməyən bir TV almaq nə qədər məntiqli idi? OnePlus bu müzakirələri bitirmək üçün bir açıqlama verdi və Netflix dəstəyi üzərində çalışdıqlarını bildirdi.

Chip.az xəbər verir ki, çox gözlənilən OnePlus TV ilə bağlı bütün söz-söhbətlər Hindistanda televiziyanın tətbiqi ilə sona çatdı. Televiziyanın 55 düymlük 4K QLED paneli və incə quruluşu, həmçinin Android 9.0 və Connect dəstəyi bu televiziyanı unikal hala gətirdi. Bununla birlikdə televiziyanın ən mübahisəli tərəfi hal-hazırda Netflix-ə heç bir dəstəyin olmamasıdır. Beləliklə, hazırda OnePlus TV-ni satın alsanız, televizorunuzda Netflix-in quraşdırılmasına dəstək olmayacaq, ona görə də Netflix-i televizorunuzda izləyə bilməyəcəksiniz.

Bəzi texnoloji platformalar Netflix-i dəstəkləyən OnePlus TV-yə üçüncü tərəf marşrutları vasitəsilə Netflix qurmağa cəhd göstərdilər. Netflix-in APK vasitəsilə quraşdırılması uğurla başa çatsa da, proqram təcrübəsi orijinal qədər yaxşı olmamışdır. Oneflus TV-də Netflix-dən istifadə etmək üçün bir yol varmı?

Bu suala cavabımız müsbətdir. Çünki OnePlus, Oneflus TV-yə Netflix dəstəyini gətirmək üçün sınaqlarını davam etdirdiyini açıqladı. Ancaq bu testlər düşündüyünüzdən daha uzun çəkir. Şirkətdən verilən məlumata görə, televizorların Netflix dəstəyini alacağı tarix oktyabr, yəni gələn aydır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır