Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək

  • 26 Sentyabr 2019

Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.

Chip.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək:

"Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər