Sumqayıt elektrik stansiyasında 750 metr uzunluğunda estakada tikilir

  • 26 Sentyabr 2019

“Azərenerji” ASC tərəfindən “Sumqayıt” elektrik stansiyasında 750 metr uzunluğunda estakada tikilir.

Chip.az xəbər verir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” elektrik stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib. Buna səbəb 2004-cü ildə “Sumqayıt” elektrik stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin mənfi 27,5 metrdən 28,3 metrə qədər aşağı düşməsidir. “Azərenerji” həmin stansiyada yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib.

Bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında 8 ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək.

Ötən ilin payızından başlayaraq bu günədək “Sumqayıt” elektrik stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlılığı artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır