Çinin sosial reytinq sistemi biznes sahəsini əhatə edəcək

  • 26 Sentyabr 2019

Məlum olduğu kimi, Çində 2014-cü ildən vətəndaşlar üçün sosial reytinq sistemi tətbiq edilir, yaxın gələcəkdə isə ona müxtəlif şirkətlər qoşulacaqlar. Hazırda sistemdə təxminən 400 min müxtəlif müəssisə mövcuddur. Tezliklə onun Çinlə yanaşı, digər ölkələrdəki bütün firmalarda tətbiqi planlaşdırılır. Ekspertlər ortaq müəssisələrin bunu öz xeyirlərinə istifadə edə biləcəklərini istisna etmirlər.

Chip.az İct.az-a istinadən bildirir ki, biznes-reytinqlər sistemi şirkətləri təxminən 300 müxtəlif göstərici üzrə 10 müxtəlif sahədə ranqlaşdırır.

Avropa Ticarət Palatası üçün tədqiqatlar aparan “Sinolytics” analitik şirkətinin hesablamalarına görə, şirkətlər təxminən 1500 müxtəlif qanuna dair tələblərə və milli, regional və yerli səviyyələr üzrə təlimata riayət etməli olacaqlar. Digər tərəfdən 1,4 milyard potensial müştərisi olan Çin bazarına giriş əldə olunacaq.

Bununla yanaşı, Ticarət Palatasında bir sıra üstünlüklər də sadalanır: tələblər mürəkkəb olsa da, hamı üçün eyni olacaq. Bu sistem, həmçinin korrupsiya səviyyəsinin azaldılması imkanı yaradır.

Əsas narahatlıq onunla bağlıdır ki, reytinqin qanunlar toplularının bir hissəsi siyasi baxımdan əsaslandırılacaq. Vətəndaşlar Kommunist partiyasının rəsmi proqramında viktorinalar üçün bonuslar aldığı kimi, şirkətlər də qeyri-adi şərtlər qoya bilərlər. Bu zaman isə, reytinq daha bir təzyiq vasitəsinə çevrilə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır