Samsung ən kiçik piksellərə malik yeni sensor təqdim edib

  • 25 Sentyabr 2019

Cənubi Koreyanın “Samsung” şirkəti 0,7 mikrometr ayırdetmə qabiliyyətinə malik ilk sensorların istehsalı ilə bağlı məlumat verib. Şirkət nümayəndələri iddia edirlər ki, bu sensorlar digərləri ilə müqayisədə ən kiçik piksellərə malikdir. Yeni texnologiya brendin flaqman smartfonlarına tətbiq olunacaq.

Chip.az Ict.az-a istinadən xəbər verir ki, smartfon kameraları üçün hazırlanmış “ISOCELL Slim GH1” sensoru 7,968×5,480 ayırdetmə qabiliyyətinə malikdir. Daha əvvəl şirkət Çində böyük tələbat olan çox yüksək ayırdetmə qabiliyyətli (64 və 108 meqapiksel) sensorlar istehsal edirdi. Artıq “Samsung” yeni texnologiyanı öz smartfonlarına tətbiq edəcək.

Bildirilib ki, sensor parlaq və dolğun şəkillər üçün vacib olan işıq informasiyasının lazımi miqdarını udmaq üçün rəng kəsişmə maneələrini və optik itkiləri minimallaşdırır. Bu, “Quad Bayer” strukturu üzrə yerləşdirmə nəticəsində mümkün olub. O, zəif işıqlandırma zamanı 4 pikselin birləşməsini nəzərdə tutur ki, bu da 10,9 meqapiksel təsvir ölçüsünə imkan verir. 2020-ci ilin başlanğıcında qadcetlərin “ISOCELL Slim GH1” sensoru ilə təchiz olunması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır