Türkiyədə bu saytlara giriş qadağan olunur

  • 25 Sentyabr 2019

Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq.

Chip.az bildirir ki, bu hada ölkənin səhiyyə naziri Fəxrəddin Koca xəbər verib.

Onun sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib.

Nazir bildirib ki, bu saytlarda əsasən pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur.

F.Koca əlavə edib ki, Türkiyədə lisenziyasız dərmanların satışı və reklamı ilə mübarizə gücləndiriləcək.

Trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır