İnstaqrama qaranlıq rejim gəldi

  • 25 Sentyabr 2019

Dark Mode son bir neçə ildə ciddi bir məşhurluq əldə etdi. Belə ki,  dünyanın ən məşhur əməliyyat sistemləri Android, iOS və Windows daxil olmaqla qaranlıq rejimə dəstək verməyə başladı. 

Chip.az xəbər verir ki, Android 10 və iOS 13 istifadəçiləri qaranlıq rejimi istifadə etməyə başlayıb. Qaranlıq rejim populyarlaşdıqdan sonra bir çox proqram qaranlıq rejim mövzusunu təklif etməyə başladı. Instagram da son yeniləmə ilə qaranlıq rejimi təqdim edir.

Instagram-ın yeni qaranlıq rejimi ilə tətbiqin bütün interfeysi qara və boz rəngə bənzəyir. Instagram-ın qaranlıq rejimindən istifadə etmək üçün Android 10 yeniləməsi olan  telefondan istifadə etməlisiniz.

Qaranlıq rejimdən istifadə etmək üçün tətbiqin son yeniləməsini əldə etməlisiniz. Instagram-da ən son yeniləməni quraşdırdıqdan sonra telefonunuzun daxili qaranlıq rejimini aktivləşdirməlisiniz. Telefonunuzun qaranlıq rejimini aktivləşdirdikdən sonra İnstaqramdan qaranlıq rejim mövzusunda istifadə edə bilərsiniz.

Qeyd edək ki, WhatsApp-ın qaranlıq rejim testləri sınaqdadır.

 

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər