Bakıda Elektron Ticarət Forumu keçiriləcək

  • 25 Sentyabr 2019

Bakıda keçiriləcək “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 21-22 oktyabr 2019-cu il tarixlərində 2-ci “Bakı Elekton Ticarət Forumu” (BEF-2019) təşkil olunacaq.

Chip.az APA-ya istinadən xəbər verir ki, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edəcəklər.

Tədbir çərçivəsində elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır