WhatsApp, iOS 8-li iPhone-ları dəstəkləməyəcək

  • 24 Sentyabr 2019

WhatsApp haqqında məlumat verən WABetaInfo, WhatsApp-ın gələn il Windows Phone və iOS 8 üçün dəstəyini kəsəcəyini açıqlayıb. Açıqlamaya görə, WhatsApp, Windows telefonlara yanvarın 1-dək, iOS 8-li telefonlara isə 1 fevrala qədər  dəstəkləyəcək.

Chip.az xəbər verir ki,dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp ümumiyyətlə yeniliklərlə xəbərlərin mövzusudur. Bu dəfə isə WhatsApp-ın yeni bir xüsusiyyət deyil, bəzi istifadəçilərə təsir edəcəyi bir qərar haqqında danışacağıq.

WhatsApp gələcəkdə iOS 8 və Windows Phone sistemlərinə dəstəyi azaldacaq. Bu açıqlama, gələcəkdə iOS 8 və Windows Phone əməliyyat sistemi üçün WhatsApp'ın yenidən yüklənə bilməyəcəyi anlamına gəlir.

1 yanvar 2020-ci ildə WhatsApp tətbiqi Windows Phone cihazlarında işləməyəcəkdir. 1 fevral 2020 tarixində isə  iOS 8 istifadəçiləri WhatsApp-dan istifadə etməyə davam edə biləcəklər, lakin hesablarını yenidən yoxlamaq istədikləri zaman yenidən yoxlaya bilməyəcəklər və iOS 8 vasitəsilə WhatsApp hesablarına daxil ola bilməyəcəklər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər