“Facebook” şirkəti “Fashion++” adlı yeni layihəsinə start verib. Yeni funksiya insana süni intellekt texnologiyasının tövsiyələri ilə düzgün geyim seçməyə imkan verəcək.
Chip.az İct.az-a istinadən xəbər verir ki, layihədə, ilk növbədə, şəkillərdəki detallara diqqət yetiriləcək. “Fashion++” istifadəçinin zahiri görünüşünü ahəngdar və qüsursuz edəcək.
Bundan əlavə, şirkətin rəsmi saytında qeyd edilib ki, layihə istifadəçini yeni geyimlər almağa təhrik etməyəcək. Alqoritm kiçik detalların köməyilə artıq mövcud olan zahiri görünüşün yaxşılaşdırılmasına yönələcək. Yeni xidmət artıq ABŞ ərazisində əlçatandır.