Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24%-ə qədər artırıb

  • 24 Sentyabr 2019

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 828 138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Chip.az İnsider.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 138,07 min dollar və ya 23,77% çoxdur.

Bu ilin 8 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 7,98%-ə bərabər olub.

Bu ilin 8 ayında Azərbaycanın Rusiyaya icracının həcmi 457 742,47 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 45 778,67 min dollar və ya 11,1% çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı isə 1 370 395,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 305 359,39 min dollar və ya 28,67% çoxdur.

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,39%-nə, idxaldakı payı isə ümumi idxalın 14,61%-nə bərabərdir.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda artıq üçüncü il belə bir tədbirin təşkil edilməsi ölkəmizdə elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində inkişafı göstərir: “Prezident İlham Əliyevin ölkədə informasiya və kommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan artıq regionda lider dövlətlər sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan dünyada Estoniyadan sonra elektron rezidentlik verən ikinci, mobil rezidentlik verən ilk dövlətdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, qeyri-rezidentlər üçün elektron xidmətlər və müxtəlif ölkələr ilə trans-sərhəd əməliyyatları təqdim edən yeganə platformadır.”

Qeyd edək ki, "AzərTelecom", "Best Solutions", "Caspian Audit" şirkətlərinin dəstəyi və "Paşa Bank"ın sponsorluğu ilə həyata keçiriləcək Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il oktyabr ayının 9-da keçirilməsi nəzərdə tutulan konfransla bağlı hazırlıqları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır