Jaguar Land Rover avtomobillərinin sınaq yürüşləri keçirildi

  • 24 Sentyabr 2019

21-22 sentyabr 2019-cu il tarixində Jaguar Land Rover markalarının Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” təmsil etdiyi brendlərin model sırasına aid avtomobillərin sınaq yürüşlərini təşkil etdi.

Tədbirin keçirilməsində əsas məqsəd hər iki brend üzrə insanlar arasında məlumatlılıq səviyyəsini artırmaq, potensial müştərilərin avtomobillərlə daha yaxın təmasını təmin etmək idi. Jaguar avtomobillərinin sınaq yürüşləri The Art Of Performance, Land Rover avtomobillərinin sınaq yürüşləri isə Above & Beyond Tour adı altında keçirilirdi. Öncədən qeydiyyata yazılmaqla tədbirdə iştirak edən şəxslər Jaguar Land Rover şirkətinin Regional Ofisindən dəvət olunmuş peşəkar pilotların birbaşa iştirakı və tövsiyyələri əsasında Jaguar markasının XE, F-PACE və E-PACE modellərini, Land Rover markasının isə Discovery, Range Rover Velar və Range Rover Sport modellərini müxtəlif parametrlər üzrə sınaqdan keçirdilər.

Jaguar Land Rover avtomobillərinin sınaq yürüşləri keçirildi (FOTO/VİDEO)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər