Mühəndis qadınlar və yeni nəsil texnologiyaları adlı seminar baş tutub

  • 24 Sentyabr 2019

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilati dəstəyi ilə “Girls Code Azerbaijan” paltforması tərəfindən ““Mühəndis qadınlar və yeni nəsil texnologiyaları” adlı seminar baş tutub. Ümumilikdə 40-a yaxın xanımın iştirak etdiyi seminarın təlimçisi Elektron Hökümətin İnkişafı Mərkəzinin “Layihələrin idarəedilməsi departamenti”nin şöbə müdiri, “Professional Scrum Master” sertifikatı ilə təltif Sevinc İsrafilova olmuşdur. IT sahəsində böyük təcrübəyə malik Sevinc xanım həmçinin “QuizAz” mobil intellektual yarış sisteminin yaradıcısıdır.

Seminar iştirakçısı xanımlara yeni nəsil texnologiyalar dövründə hansı peşə sahələrinin perspektivli olduğu və o peşə sahələrində biliklərə sahib olmanın faydalılığından, İnformasiya Texnologiyaları, İT Layihələrin idarəedilməsi, Kiber Təhlükəsizlik və bu tipli digər sahələrdə ixtisaslaşmanın əhəmiyyətindən bəhs edilib. Həmçinin seminarda xanımlara İT sahəsində karyera qurmağı düşündükləri zaman sərhədlərdən çəkinməmək və bütün kənar fikirlərə baxmayaraq hədəflənən sahəyə doğru yönəlmək mövzusunda dəyərli məsləhətlər verilib.

Təlimçi Sevinc İsrafilova: “Əziz xanımlar, texnologiyanın sürəti bizim öyrənmək qabiliyyətimizin sürətindən daha hərəkətlidir. Ona görə hər şeyi öyrənəcəyimiz günü gözləməyin. Hərəkətə keçin, cəhd edin, risk edin. Riskə getməyi bacarmaq, əlimizi qaldırmaq və özümüzə inanmaq bacarıqlarımız xarakterimizə zidd olsa belə, bunu özümüzdə inkişaf etdirməliyik”. 2 saata yaxın davam etmiş seminarın yekununda iştirakçı xanım: “Bəlkə də, bir il öncə belə bir seminarda iştirak etsəydim, indi həyatım və karyeram tamamilə fərqli olardı" olaraq öz fikirlərini bildirib.

Qeyd edək ki, seminarın media tərəfdaşı BakuCity.az və Chip.az portallarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır