Bakıda daha bir böyük yol layihəsinə start verilib.
Chip.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev, paytaxtda velosiped yolunun yaradılması ilə bağlı işlərə başlanıldığını bildirib.
M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar aparılıb, paytaxtın yol infrastrukturu, əhalinin əsas maraq dairələri əsas götürülərək müvafiq təklif layihəsi hazırlanıb:
"Sözügedən layihədə ilkin olaraq, şəhərin mərkəzi hissələrini əhatə edən küçə və prospektlərdə velosiped yollarının inşası nəzərdə tutulub. Yolun uzunluğu 18 kilometr planlaşdırılıb. Artıq onun 7 kilometri layihələndirilib".