Google dünyanın ən güclü kvant kompüterini yaradıb

  • 24 Sentyabr 2019

ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb.

Chip.az xəbər verir ki, mövcud "IBM" superkompüterlərinin ən güclüsünün 10 000 ilə aparacağı hesablamaları “Google” kvant kompüterinin prosessoru 3 dəqiqə 20 saniyə ərzində edib.

www.esquire.ru saytının məlumatına görə, “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.

“Google” yaradıcıları öz kvant kompüterlərini “tam kvant hesablama prosesinə gedən vacib bir mərhələ” adlandırıblar və “kvant üstünlüyü”-nə yaxınlaşdıqlarına əminliyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır