Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər

  • 24 Sentyabr 2019

Fransanın Monpelye Universitetinin alimləri - professor Fransua Henn və gənc tədqiqatçı Adrien Novrin Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində olublar.
Chip.az
xəbər verir ki, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin direktoru, professor Sevda Abdullayevanın da iştirak etdiyi görüşdə qonaqlara mərkəz haqqında məlumat verilib, yerinə yetirilmiş tədqiqat işləri barədə danışılıb.
Dünya elminin tələblərinə cavab verən istiqamətlərdə müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsinin əhəmiyyətindən danışan rektor Elçin Babayev alim və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi konfranslar, simpoziumlar, seminarlar və təcrübə kurslarının təşkili məsələlərinə toxunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır