Ən böyük neytron ulduz müəyyən edilib

  • 23 Sentyabr 2019

Astronomlar ən böyük  neytron ulduzu müəyyən ediblər.

Chip.az CNN İnternation-un yaydığı xәbәrә istinad edərək xəbər verir ki, amerikalı astronomlar Qәrbi Virciniada yerlәşәn Green Benk teleskopu ilә  “J0740+6620” adlı  әn böyük neytron ulduzunu müәyyәn ediblәr.

Astronomlar bildiriblər ki, onun çəkisi dünyadan 333 min,  Günəşdən isә  2,17 dəfə ağırdır. Alimlər hesab edirlər ki, yeni kəşf bu ağırlıqda neytron ulduzların qara dəliyə çevrilməsi nəzəriyyəsini alt-üst edib.

Xәbәrdә bildirilib ki, “J0740+6620” obyektinin diametri 27  kilometrə yaxındır. Bu obyekt istilik-nüvə enerjisindən məhrum olan və yalnız öz daxili istilik enerjisi hesabına işıq saçan ağ cırtdan ulduzun ətrafında fırlanır. Bu ikili sistemdən Yer kürəsinə işıq isə 4600 işıq ili müddətində çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır