Süni intellekt mövzusunda Biznes İnnovasiya Konqresi keçiriləcək

  • 23 Sentyabr 2019

Chip.az bildirir ki, 10 oktyabr 2019-cu il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində “Süni intellekt” mövzusuna həsr olunmuş Biznes İnnovasiya Konqresi (Business Innovation Congresskeçiriləcək.

2012-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən biznes-innovasiyalar konqresi böyük və kiçik biznes sahibkarları, təşkilatların nümayəndələri, ekspertlər, investorlar və ixtiraçılar üçün biznes-meydançadır.

Konqresin proqramında dünya üzrə tanınmış mütəxəssislərin çıxışları, işgüzar görüşlər, həmçinin tematik dairəvi masalar çərçivəsində ekspert sessiyaları nəzərdə tutulub. Tədbir çərçivəsində “Texnoloji inkişaf trendləri”, “Süni intellekt və gələcək” , “Süni intellekt əsrində biznes və insan” bölmələri üzrə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır