Xəzər dənizində zəlzələ olub

  • 23 Sentyabr 2019

Xəzər dənizində zəlzələ olub.

Chip.az Trend-ə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 10:50-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

3.4 bal gücündə olan yeraltı təkanların dərinliyi 62 km olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır