Robot tunes sürətli sualtı qayıqların yaradılmasına kömək edəcək

  • 23 Sentyabr 2019

Virciniya Universiteti Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri və Harvard Universitetinin bioloqlarından ibarət mütəxəssislər qrupu robot balıq yaradıblar.

Sarıüzgəc tunesin hərəkətlərini təqlid edə bilən “Tunabot” yeni sualtı vasitələrin hazırlanıb istifadəyə verilməsində mühüm amil ola bilər.

Xatırladaq ki, skumbrlar fəsiləsinə aid olan bəzi tunes fərdlərinin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.

Chip.az İct.az-a istinadən xəbər verir ki, robot balığın hazırlanmasında əsas məqsəd, sualtı aləmin sakinlərinin cəld və çevik hərəkətetmə qabiliyyətlərinin səbəbini araşdırmaq idi. Mühəndislər əmindirlər ki, balıqların hərəkət mexanikasını tədqiq etmək yüksəksürətli hərəkət mexanizminə malik olan sualtı qurğuların hazırlanmasında mühüm rol oynayacaq.

25 sm. uzunluğa malik olan “Tunabot”un gözləri və quyruğu olmasa da, özünün hərəkət sürətini ölçmək üçün yaşıl lazerdən istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır