Azərbaycanda iPhone 11 telefonları 2 dəfə baha qiymətlərə satışa çıxdı

  • 23 Sentyabr 2019

Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni iPhone 11 telefonları artıq Azərbaycana gətirilib.

Chip.az “Marja''-ya istinadən bildirir ki,  iPhone 11 telefonunun 128 GB versiyasının 2899 manata, iPhone 11 Pro Max telefonunun 256 GB versiyasının isə 3799 manata satışına başlanılıb. Bu qiymətlər Apple-ın satış qiymətlərindən təxminən 2 dəfə yüksəkdir.

"Neftçilər" metro stansiyası yaxınlığında yerləşən mağazalardan birində  iPhone 11 Pro telefonu 3400 manata təklif edilir.

Belə ki, Apple-ın satış qiymətləri 128 GB iPhone 11 üçün 749 dollar (1273 manat), 256 GB iPhone 11 Pro Max üçün 1249 dollardır (2123 manat).

Sentyabrın 11-də ABŞ-ın Apple şirkəti iPhone 11iPhone 11 Pro və iPhone 11 Pro Max​ modellərini təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır