Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib

  • 21 Sentyabr 2019

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) ərazisində fəaliyyət göstərən Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi real ərazi şəraitində istifadə edilib.

Chip.az xəbər verir ki, maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulan tələblərə tam cavab verib və texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı zamanı yüksək nəticələr əldə edilib.

Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən SETM, həmçinin YTP-ın rezidenti “Elm və Texnologiya Parkı” MMC ilə  Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır