Azərbaycanda daha iki Data mərkəz tikilir

  • 21 Sentyabr 2019

Azərbaycanda daha iki "Tier 3" səviyyəli Data mərkəzi inşa olunur.

Chip.az xəbər verir ki, tikilməkdə olan obyektlərin baş Məlumat Emalı Mərkəzi Bakıda, Ehtiyat Mərkəzi isə Göyçayda yerləşəcək.

Mərkəzlərin tikinti işləri plana uyğun olaraq 2020-ci ilin əvvəli başa çatdırılacaq, mart ayında isə obyektlər sertifikasiyadan keçəcək.

Layihənin operatoru qismində "PASHA Technology" şirkəti çıxış edir.

Qeyd edək ki, Azərbaycanda ilk "Tier 3" səviyyəli Data Mərkəzi Bakıda 2016-cı ilin sonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzInTelecom" MMC tərəfindən istifadəyə verilib. Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir.

Xatırladaq ki, cari ilin sonunadək Yevlax rayonunda "AzInTelecom"un Ehtiyat Data Mərkəzi də istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır