İnkubasiya proqramı çərçivəsində Fintech Meetup baş tutub

  • 21 Sentyabr 2019

“INNOLAND” və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində “Fintech Meetup” baş tutub.

Görüş zamanı “SwayPay” şirkətinin həmtəsisçisi Şefket Sayalıoğlu müasir səyahət, maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıb.

Tədbir zamanı həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunub.

Şefket Sayalıoğlu, Travel-Fintech sahəsində olan “SwayPay” şirkətinin həmtəsisçisi və eyni zamanda baş direktorudur. “SwayPay” şirkəti 2017-cü ildə qurulub. Şirkətin əsas məqsədi otellərə daha çox gəlir qazandıraraq sürətli, təhlükəsiz sifariş rəsmiləşdirilmələri və ödənişləri həyata keçirməkdir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır