NASA "Mars-a adını gönder " kompaniyası üçün son çağırışını edir

  • 19 Sentyabr 2019

NASA-nın 2020-ci ildə Mars-a göndərəcəyi yeni vasitə üçün “Mars-a Adını Gönder” adlı layihəsinin bitməsinə son günlər qalıb.

Chip.az xəbər verir ki, NASA-nın Marsdakı işi 2000-ci illərin əvvəllərindən davam edir. 2000-ci illərin əvvəllərindən bəri kosmik gəmi Marsa göndərir. NASA 2020-ci ildə Marsa yeni bir vasitə göndərəcək. Bununla bağlı “Mars-a Adını Gönder” layihəsi sosial mediada böyük təəssürat yaratmışdı. 

"Marsa Adını Göndər" layihəsinə ən böyük maraq Türkiyədən gəlmişdi. Türkiyədən bu layihəyə 1.221.196 adam müraciət edib. Türkiyədən sonra isə ən çox müraciət ABŞ-dandır. Layihəyə ümumilikdə 9,4 milyon insan müraciət edib.

NASA-nın Marsa gedəcək vasitəsi ilə birlikdə adınızı göndərmək üçün NASA-nın saytından müraciət etməlisiniz. Proqramlar tamamlandıqdan sonra NASA adları bir çipə yazacaq və Marsa göndərəcək.

NASA indi "Marsa Adını Göndər" layihəsi üçün son çağırışını edir. Layihəsi 30 sentyabr 23:59 tarixində sona çatacaq. Adlarınızı Marsa göndərmək üçün son həftələr olduğunu unutmayın.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır