Metropoliten sərnişinlərlə ''Milli Musiqi Günü''-nü qeyd etdi

  • 18 Sentyabr 2019

Bakı Metropoliteni QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edir.

Chip.az xəbər verir ki, sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunur.

Proqrama milli və klassik musiqi nümunələri daxildir. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Xətai” stansiyası – saat 14:00-15:30.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır